Yaponiya XİN Azərbaycana təşəkkür edib

SİYASƏT 27 iyun 2025, 17:57
Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan press-relizdə bildirilib.

"İyunun 27-də xarici işlər naziri Takesi İvaya Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramova məktub göndərərək, Yaxın Şərqdə mövcud vəziyyət fonunda Yaponiya vətəndaşlarının İrandan təxliyə edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib", - deyə press-relizdə qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top