İbrahim Borçalı vəfat edən oğlunun illər əvvəl yazdığı məktubu paylaşdı — FOTO

ŞOU-BİZNES 27 iyun 2025, 18:46
Müğənni İbrahim Borçalı mərhum oğlu Rəhimin illər əvvəl yazdığı məktubun fotosunu yayıb. 

Demokrat.az
xəbər verir ki, məktubu ifaçının oğlu Rəhim anasının ad günü üçün yazıb. 

Sözügedən məktubu İbrahimin qızı Aysun illərdir saxlayıb. Nəhayət o anasının bu ad günündə bu məktubu ona vermək qərarına gəlib. 

"Bu məktub illər əvvəl oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla... Həmin məktubu qızım 5 il boyunca gizlədib verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirib ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bugün bizimlə bölüşərək göz yaşlarıyla olsa da, bizi çox sevindirdi" -deyə İbrahim Borçalı qeyd edib.  /BAKU.WS

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top