Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Gülməmməd tanışlıq münasibəti qurmaq istədiyi Məlahətə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 21 sentyabr 2024-cü ildə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində baş verib.
Bakı şəhər sakini Gülməmməd həmin gün saat 19 radələrində Babək küçəsində yerləşən gözəllik salonunun yaxınlığında Məlahətin onunla yüksək səs tonu ilə danışması səbəbindən aralarında mübahisə yaranıb.
Yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən Məlahətin sol göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Gülməmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülməmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin avqust ayının əvvəllərində Nardaran qəsəbəsində yerləşən çimərlikdə olan zaman taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomaşına bir nəfər xanım Kürdəxanı qəsəbəsinə getmək üçün əyləşib və həmin xanımı yaşadığı evə qədər aparıb: “Ünvana çatan zaman həmin xanıma taksi lazım olduqda mənə müraciət edə biləcəyini dedim, mobil nömrəmi həmin xanıma söylədim. Həmin xanımda nömrəmi öz telefonunda qeyd etdi. Həmin ərəfədə bir dəfə də adını sonradan Məlahət olaraq bildiyim xanımı və azyaşlı övladını Pirşağı qəsəbəsində yerləşən çimərlikdən yaşadığı evə qədər taksi kimi idarə etdiyim avtomobildə apardım. Daha sonrakı zaman ərzində həmin xanımdan xoşum gəldiyi üçün ciddi fikirlə yazaraq maraqlandım. Lakin Məlahət mənim zənglərimə cavab vermədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 21-də, saat 19 radələrində Məlahət işlədiyi Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan çıxıb və bir qədər uzalaşdıqdan sonra heç kimin olmadığı yerdə ona yaxınlaşıb, onunla ünsiyyət qurmağa cəhd edib: “Məlahət isə danışmaq istəmədiyini dedi, məndən uzaqlaşmağa çalışdı. Mən sonuncu dəfə Məlahətə yaxınlaşan zaman onun mənimlə yüksək səs tonu ilə danışıb, qışqırdığına görə əsəbiləşdim. Yumruqla bir dəfə onun sol göz nahiyəsindən zərbə endirdim. Daha sonra isə oradan uzaqlaşaraq getdim. Əməlimdən peşmanam”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, onların arasında mübahisə qalmayıb. Bu səbəbdən hökm çıxaran hakim Gülməmmədin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az