Hədə-qorxu, rüşvət, cinayət: Sabiq general vaxtından əvvəl azad olunmaq istədi

KRİMİNAL 26 iyun 2025, 22:48
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi, general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.

Demokrat.az 
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb.

Qeyd edək ki, N.Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qərarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top