Azərbaycanda yaşlılar üçün baxım müəssisələrinin az olmasının səbəbləri açıqlanıb.
Demokrat.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Yenisabah.az-a bildirib ki, baxıma ehtiyacı olan yaşlılar olduğu halda, çox vaxt yaxınları onlar üçün fərdi baxıcı tutur:
“Ümumən düşünürəm ki, qocalar evi var. Baxıma ehtiyacı olan yaşlılar olduğu halda özəl formada özləri bir baxıcı tuturlar. Belə halda yaşlının yaxınları özü buna təşəbbüs edib xərclərini ödəmiş olurlar. Bu məsələ ilə bağlı ona görə özəl müəssəsələr açılmır ki, Azərbaycanda bu elə də geniş yayılmış xidmət deyil. Çünki əhalinin də bu müəssəsələrə ödəyəcək qədər imkanı yoxdur. Çalışırlar ki, bu məsələni öz qohumları arasında həll etsinlər”, – hüquqşünas bildirib.
O, qeyd edib ki, belə müəssisələrin aktuallaşmamasının başqa səbəbləri də var:
“Ona görə də belə müəssəsələrin aktuallaşmamasının səbəbi məhz buna görədir. Üstəlik vergi xidmətini də unutmamaq lazımdır. Çünki özəl müəssəsələrə olunan ödənişlərdən vergi də verilməlidir. Belə olduğu halda isə özəl kiməsə müraciət edib bir işçi tutmaq daha uyğun olur. Dövlət də ona görə düşünür ki, hər kəsin öz ailəsi bu məsələ ilə məşğul olsa, daha məqsədə uyğundur”.
Hüquqşünas deyib ki, bu işlə məşğul olan şəxslər üçün minimum məvacib müəyyənləşdirilməlidir:
“Məncə, bu işçilər tutulduğu halda belə yaxşı məbləğ ödənməlidir. Çünki işçinin də vergi öhdəlikləri var. Buna görə də düşünürəm ki, bu iş üçün minimum məvacib 1300 manat olmalıdır. Belə olduğu halda da yaşlı insanlar üçün şəxsi işçi tutmaq əlverişli olacaq. Çünki 1000 manat kiməsə verib işə götürmək daha rahatdır. Hər iki tərəf üçün bu daha uyğun olur. Ödəyən də az məbləğ verir, ödənişi alan insan da daha çox alır. Mən gələcəkdə bu sahə ilə bağlı ciddi işlər görüləcəyinə inanmıram, çünki bu sahədə elə də ciddi tələbat yoxdur”.