Azərbaycanda ət bahalaşacaq — SƏBƏB

İQTİSADİYYAT 26 iyun 2025, 22:37
Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.

Demokrat.az
 "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə yüksək olsa da, ot bazarında qiymətlər hələ də yüksək səviyyədə qalır. Tovuzda satıcılar qiymətlərin nisbətən aşağı düşdüyünü iddia etsələr də, alıcılar əksini deyir və qiymətlərin əvvəlki kimi yüksək olduğunu bildirirlər.

Hazırda Şəki və İsmayıllı bölgələrində quru otun bir bağlaması 4-6 manat arasında satılır. Bazarda otun qiyməti 2 manatdan başlayır, lakin heyvanlar üçün daha faydalı sayılan yonca və vələmirin bağlaması 4-5 manatdan da yuxarı təklif olunur.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, yem və digər təsərrüfat xərclərinin artması sonda ət məhsullarının da bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, yaxın vaxtlarda ətin qiymətində yenidən artımın baş verməsi qaçılmazdır.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top