"Azərbaycana son illər həddindən artıq avtomobil idxal edildiyinin çox rahat şahidi ola bilirik. Bir neçə ildir ki, Çindən idxal daha ön sıralardadır. Buna səbəb əsasən qiymət fakyorudur ki, insanlar bu avtomobillərə üstünlük verirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında elektromobil üzrə mütəxəssis İlkin Mustafayev deyib.
Mütəxəssis bildirib ki, eyni zamanda bu avtomobillər sırf Çinin daxili bazarında istifadə üçün nəzərdə tutulan avtomobillər olduğundan müəyyən bloklamalar ola bilir:
"Digər ölkələr isə əsasən bu avtomobilləri qlobal sertifikatlara sahib olmadıqları üçün və ya qlobal testlərdə keçmədikləri, bir çox hallarda isə keçə bilmədikləri üçün ölkəyə idxalına icazə vermir.
Azərbaycanda isə belə bir standartlara əsasən məhdudiyyətlər olmadığı üçün istənilən ölkənin istehsal etdiyi avtomobillər rahat şəkildə idxal edilib, istifadə oluna bilir. Bu səbəbdən avtomobil bazarında bu cür çətinliklər yaşana bilir".
Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələr öz avtomobil bazarının qapısını Çinə bağlayıb. Azərbaycanda isə gündən-günə Çin istehsalı avtomobillərin sayı artır.
Əfsanə Kamal
Demokrat.az