Ermənistanda daha bir keşiş HƏBS EDİLDİ

DÜNYA 27 iyun 2025, 12:45
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar.

Demokrat.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin bildirib.

II Qaregin deyib ki, Erməni kiləsində axtarışlar və Mikael Ajapakhyanın saxlanılması ilə bağlı atılacaq addımlarla bağlı qərar verəcəklər: “Mikael Ajapakhyan indi vəkilimizlə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacağıq. Müzakirə aparıb qərar qəbul edəcəyik".



***10:10

Bu gün səhər saatlarında 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan sosial şəbəkələrdə məlumat verib.

Arxiyepiskop təsdiqləyib ki, onun iqamətgahına soxulma cəhdi həqiqətən olub, lakin həmin vaxt o, iqamətgahda olmayıb.

Daha əvvəl arxiyepiskop Acapaxyana qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat verib. Hərəkatın lideri Baqrat Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar məhkəmənin qərarı ilə həbs ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top