Son günlər sosial şəbəkələrdə boyun süni şəkildə uzadılması ilə bağlı xidmətlər müzakirə mövzusuna çevrilib. Həmin şəxslər 5 yaşdan 30 yaşadək insanların boyunun bir neçə santimetr uzadılmasının mümkün olduğunu qeyd edirlər və bunu xüsusi üsullarla etdiklərini vurğulayırlar. Bəs bu, nə dərəcədə realdır?
Mövzu ilə bağlı Demokrat.az-a danışan endokrinoloq Elnaz Seyidova deyib ki, “5–30 yaş arası boy uzadıram” iddiası tibbi və elmi reallıqlara ziddir:
“Sümük böyümə nöqtələri (epifizlər) adətən 16–18 yaşdan sonra bağlanır və bu mərhələdən sonra insanın boyunun təbii yolla uzanması mümkün deyil.
Belə iddialar, təəssüf ki, elmdən çox, kommersiya məqsədi daşıyır. İnsanların sağlamlığı ilə bağlı mövzularda cəmiyyətə dəqiq, elmi əsaslı məlumatların çatdırılması son dərəcə vacibdir. Yanıltıcı, psixoloji və maddi istismara səbəb olan bu cür açıqlamalara qarşı daha diqqətli və tənqidi yanaşma göstərilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az