"Mən eşqsizlikdən kökəlirəm".
Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan "Elektra Event Hall"da baş tutan konsertində deyib.
Sənətçi bildirib ki, həyatında sevgi olmadığı üçün vaxtını evdə yemək-içməklə keçirir:
"Əslində, elə o acıdır. O olsaydı, məni restorana aparacaqdı. O olmadığına görə evdə yeyib-içirəm. Evdə də yeyib-içəndə axırda 60 kilo olmuşdum".
Röya Ayxan əlavə edib ki, insanın həyatında sevgi olanda onu restorana aparan biri də olur.
Qeyd edək ki, müğənni bu çıxışından sonra "Bahar" mahnısını səsləndirib.

Fidan Hacızadə


