Kolbasa, sosiska və bekon kimi emal olunmuş ət məhsulları sağlamlıq üçün ciddi risklər yarada bilər.
Kardioloq Aurelio Roxas bu məhsulların istehlakını azaltmağı və onları daha sağlam alternativlərlə əvəz etməyi tövsiyə edib.
Bu barədə İspaniyanın "Deia" nəşri məlumat yayıb.
Həkimin sözlərinə görə, emal olunmuş ət məhsullarının qəbulu yoğun bağırsaq xərçəngi riskinin artması ilə əlaqələndirilir. Buna görə də gündəlik qidalanmada bu məhsulların əvəzinə paxlalılara, yumurtaya, balığa, avokadoya və qoz-fındığa üstünlük vermək məsləhətdir.
Mütəxəssis həmçinin emal olunmamış ətdən hazırlanan yeməkləri də alternativlər sırasında göstərib.
Qeyd edək ki, emal olunmuş ət məhsullarının istehlakını məhdudlaşdırmaq balanslı qidalanmanın vacib hissələrindən biridir. Bununla belə, konkret qidanın qəbulunun azaldılması xəstəlik riskini tam aradan qaldırmır.


