ABŞ-ın Virciniya ştatında yaşayan 64 yaşlı kişi futbol matçını rahat izləmək üçün həyat yoldaşını zirzəmiyə bağlayıb.
Demokrat.az-ın xarici mətbuata istinadla məlumatına görə Richmond şəhərində baş verən hadisə ilə bağlı Terry Ward adlı şəxs həyat yoldaşını yapışqan lentlə stula bağlayaraq zirzəmidə saxlayıb. Məlumata görə, qadın təxminən 30-45 dəqiqə orada qalıb.
Hadisə ilə bağlı gecə saatlarında evə gələn polis qadının əllərində yapışqan lent izləri aşkarlayıb. Ward isə həyat yoldaşını stula bağlayaraq zirzəmidə saxladığını etiraf edib.
Hadisə ilə bağlı açıqlamada bildirilib ki, 64 yaşlı kişini 10 ilədək həbs cəzası və yüksək məbləğdə cərimə gözləyir.


