YapiKredi Müraciət Forması
İdman Özəl

Qeyri-adi bir gediş tarixə düşdü - Keyn bütün dünyanı heyrətə saldı

Qeyri-adi bir gediş tarixə düşdü - Keyn bütün dünyanı heyrətə saldı

"Bayern Münhen"lə "Arsenal" arasında keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada Harri Keyn həm qol vurub, həm məhsuldar ötürmə edib, həm də qeyri-adi hərəkəti ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, ingiltərəli hücumçu Çempionlar Liqasının tarixində 2003/04 mövsümündən bəri eyni oyunda qol vuran, assist edən və qapı zərbəsi yerinə yetirən ilk futbolçu olub. Bu statistikanı "Opta" məlumat təminatçısı açıqlayıb.

Matçın 21-ci dəqiqəsində Keyn rəqibin künc zərbəsindən sonra topu ələ keçirərək qapıçı Manuel Noyerdən bir neçə metr aralıda qapı zərbəsi yerinə yetirib. O, topu rəqib müdafiəsinin arxasına irəliləyən Alfonso Devisin hərəkət istiqamətinə dəqiq ötürüb. Epizodun davamında Serj Qnabri qol imkanı qazansa da, "Arsenal"ın qapıçısı David Raya zərbəni dəf edib.

Keyn bununla kifayətlənməyib. O, Devisin hesabı açdığı qolda məhsuldar ötürmə müəllifi olub, daha sonra isə komandasının ikinci qolunu penaltidən vurub. İngiltərəli hücumçu qarşılaşma ərzində oyunun qurulmasında da fəal iştirak edib və tez-tez öz yarımmeydanına qədər geri çəkilərək hücumların təşkilinə kömək göstərib.

Futbol mütəxəssisləri və keçmiş oyunçular Keynin çıxışını yüksək qiymətləndiriblər. "Arsenal"ın əfsanəsi Tyerri Anri hücumçunun qapı zərbəsi yerinə yetirməsinə təəccübləndiyini bildirib və onun oyunu sadəcə oynamadığını, eyni zamanda düşündüyünü vurğulayıb. İngiltərə futbolunun tanınmış simalarından Stiven Cerrard isə Keynin ölkə tarixinin ən yaxşı futbolçularından biri ola biləcəyini deyib.

İspaniya və İngiltərə mətbuatı da 33 yaşlı futbolçunun performansını xüsusi qeyd edib. Keyn isə özü haqqında danışmaqdan çəkinərək diqqətini növbəti oyuna yönəltdiyini bildirib.

Onun "Arsenal"la matçdakı çıxışı hücumçunun yalnız qol vurmaqla kifayətlənmədiyini, oyunun qurulmasında və komanda yoldaşlarının qol imkanları qazanmasında da mühüm rol oynadığını bir daha nümayiş etdirib.

Jalə