YapiKredi Müraciət Forması
İnfrastruktur

"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb

Həzi Aslanov metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması yekunlaşıb.

Demokrat.az xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.

Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.