YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

180 kilodan 90 kiloya düşdü: Məşhur aktyorun inanılmaz dəyişimi - FOTO

180 kilodan 90 kiloya düşdü: Məşhur aktyorun inanılmaz dəyişimi - FOTO

Hollivudun tanınmış aktyorlarından Con Qudman təxminən 180 kiloqramdan 90 kiloqrama düşərək görünüşündə ciddi dəyişiklik edib. 74 yaşlı sənətçi artıq çəkidən qurtulmaq üçün keçdiyi çətin yoldan, alkoqol asılılığından və əməliyyatdan danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

Uzun illər artıq çəkisi ilə tanınan aktyor "The New Yorker" jurnalına müsahibəsində arıqlama prosesinə 2007-ci ildə, 55 yaşında olarkən başladığını bildirib. Onun sözlərinə görə, əvvəllər qısa müddətdə xeyli çəki itirsə də, sonradan daha çox kilo alırdı. Bu vəziyyətin təkrarlanması onu həm fiziki, həm də mənəvi cəhətdən yorub.

Qudman etiraf edib ki, alkoqoldan imtina etdikdən sonra yeməyə həddindən artıq aludə olub və çəkisi təxminən 180 kiloqrama çatıb. Aktyor içkini tərgitmək qərarını isə daim özünü xəstə və yorğun hiss etməsi ilə əlaqələndirib. O bildirib ki, alkoqol onun yetkinləşməsinə mane olur, eyni zamanda həyatına və davranışlarına mənfi təsir göstərirdi.

Sənətçinin sözlərinə görə, içkidən imtina etdiyi dövrdə vəziyyəti o qədər ağır olub ki, xəstəxanaya yerləşdirilməsinə ehtiyac yarana bilərdi. O, alkoqolun yaratdığı problemlərdən bezdiyini və həyatını dəyişmək istədiyini vurğulayıb.

Qudman arıqlamaq üçün məşhurlar arasında populyarlaşan preparatlardan istifadə etməyib. O, artıq çəki ilə mübarizə aparmaq məqsədilə mədə əməliyyatı keçirib. Bununla yanaşı, aktyor şəxsi məşqçi ilə çalışıb, şəkər qəbulunu dayandırıb və həftədə altı gün idmanla məşğul olmağa başlayıb.

Lakin böyük çəki itkisi müəyyən sağlamlıq problemləri də yaradıb. Aktyor qanazlığından əziyyət çəkdiyini və bədənindəki piy qatının azalması səbəbindən əvvəlkindən daha çox üşüdüyünü bildirib.

Con Qudmanın görünüşündəki dəyişiklik son olaraq "Digger" filminin Los-Ancelesdə keçirilən qala gecəsində diqqət çəkib. Aktyor həyat yoldaşı Anna Betlə birlikdə tədbirə qatılıb.

180 kilodan 90 kiloya düşdü: Məşhur aktyorun inanılmaz dəyişimi - FOTO

180 kilodan 90 kiloya düşdü: Məşhur aktyorun inanılmaz dəyişimi - FOTO

Jalə