YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Ebru Şallı: Oğlumu itirdiyim üçün Allaha şükür edirəm

Ebru Şallı: Oğlumu itirdiyim üçün Allaha şükür edirəm

Türkiyəli model və aparıcı Ebru Şallı şəxsi həyatı, yenidən ailə qurmaq barədə düşüncələri və 9 yaşında lenfoma xəstəliyindən dünyasını dəyişən oğlu Pars haqqında danışıb.

Demokrat.az xəbər verir ki, Şallı Ahmet Mümtaz Taylanın "Empati" proqramının qonağı olub. O, son üç ildə tək yaşadığını və bu həyata alışdığını bildirib. Məşhur model yenidən ailə qurmaq fikrində olmadığını vurğulayıb.

Şallı əvvəlki evliliyinin uzun və gözəl olduğunu, ayrılıq qərarından sonra da keçmiş həyat yoldaşı ilə dostluq münasibətlərini qoruduqlarını deyib. Onun sözlərinə görə, hazırda evlilik ona uyğun deyil və gələcəkdə də bu addımı atmağı düşünmür.

Məşhur model gənc qızlara da müraciət edərək gözəlliyə arxayın olmamağı tövsiyə edib. O, həyatda özünü inkişaf etdirməyin və daim çalışmağın vacibliyini qeyd edib.

Ebru Şallı söhbət zamanı 9 yaşında lenfoma xəstəliyindən vəfat edən oğlu Parsı da xatırlayıb. O, övladının uzun illər xəstəxanada əzab çəkməməsini özünə təsəlli hesab etdiyini bildirib.

"Allah heç kimə belə bir dərd yaşatmasın, heç kimi övladı ilə sınamasın. Mən heç vaxt təslim olmadım. Allah bunu belə məsləhət bildi, Parsı məndən aldı. Buna şükür edirəm", deyə Şallı bildirib.

O, oğlunun uzun müddət ağrılar içində yaşamasının özü üçün daha ağır sınaq olacağını söyləyib. Parsı xatırlayarkən göz yaşlarını saxlaya bilməyən model oğlunun kiçik yaşına baxmayaraq daim onu düşündüyünü və yaşadıqlarının həyatında dərin izlər buraxdığını qeyd edib.

Qeyd edək ki, Ebru Şallı 1997-ci ildə Ozan Orhonla ailə qurub, bir il sonra boşanıb. 2002-ci ildə Harun Tanla evlənən modelin bu nikahı 2013-cü ildə başa çatıb. Şallı 2019-cu ildə Uğur Akkuşla ailə qurub, cütlük 2024-cü ildə boşanıb.

Ebru Şallı: Oğlumu itirdiyim üçün Allaha şükür edirəm

Jalə