YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

7 ay sonra həbsdən çıxdı, musiqiçi ilə şam yeməyinə getdi - FOTO

7 ay sonra həbsdən çıxdı, musiqiçi ilə şam yeməyinə getdi - FOTO

Türkiyəli müğənni Aleyna Kalaycıoğlu 210 gün həbsdə qaldıqdan sonra azadlığa çıxıb. O, həbsdən sonra ilk dəfə musiqiçi Bertin Yıldızla şam yeməyində görüntülənib.

Demokrat.az xəbər verir ki, "Hürriyet" nəşrinin məlumatına görə, Aleyna Kalaycıoğlu İstanbulun Ataşehir rayonunda Bertin Yıldızla görüşüb. Birlikdə restoranda yemək yeyən ikili gecənin sonunda məkandan ayrı-ayrılıqda çıxıb.

Restoran əməkdaşları jurnalistlərin görüntü çəkməsinə mane olmağa çalışıblar. Kalaycıoğlu və Yıldız isə jurnalistlərin suallarını cavablandırmadan fərqli avtomobillərlə ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, Aleyna Kalaycıoğlu futbolçu Kubilay Kaan Kundakçının martın 19-da İstanbulun Ümraniyə rayonunda öldürülməsi ilə bağlı məhkəmə prosesində ittiham olunurdu. O, qəsdən adam öldürməyə təhrik etmə və cinayət barədə məlumat verməmə ittihamlarından bəraət alıb.

7 ay sonra həbsdən çıxdı, musiqiçi ilə şam yeməyinə getdi - FOTO

Jalə