"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər UEFA Çempionlar Liqasında "Leypsiq"lə oyunda vurduğu qoldan sonra Kilian Mbappedən zarafatla üzr istəyib. Lakin tribunadan çəkilən görüntülər həmin anın əsl səbəbini ortaya çıxarıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Çempionlar Liqasının üçüncü turunda "Real Madrid" doğma meydanda "Leypsiq"i 4:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın 52-ci dəqiqəsində Mbappe sağ cinahdan topu cərimə meydançasına ötürüb. Qapı qarşısında olan Arda Gülər topa toxunaraq hesabı 2:0-a çatdırıb.
Qoldan sonra türkiyəli futbolçu Mbappenin yanına qaçaraq gülümsəyib və əllərini birləşdirərək ondan üzr istəyib. İlk baxışdan bu hərəkət fransalı hücumçunun qolunu əlindən aldığı üçün edilən zarafat kimi görünüb.
Mbappe də matçdan sonra epizodla bağlı danışarkən Ardanı kiçik qardaşı kimi sevdiyini bildirib. O, türkiyəli futbolçunun komandadakı rolunu yüksək qiymətləndirərək, qolun Ardanın adına yazılmasından narahat olmadığını deyib.
Lakin tribunadan çəkilən görüntülər hadisəyə başqa aydınlıq gətirib. Kadrlardan görünür ki, Arda topa toxunmasaydı, "Leypsiq"in müdafiəçisi topu qapı xəttindən uzaqlaşdırmaq imkanına malik idi. Beləliklə, türkiyəli futbolçunun üzr istəməsinin səbəbi Mbappenin qolunu əlindən almaq deyil, arxadan yaxınlaşan rəqib müdafiəçisini həmin anda görməməsi ilə bağlı olub.
Jalə


