Astroloqların fikrincə, bəzi bürclər yeməyə qarşı xüsusi bir bağlılıq hiss edirlər. Bu bürclər üçün yemək sadəcə ehtiyac deyil.
Demokrat.az Türkiyə mətbuatına istinadla yeməyə olan sevgisi ilə seçilən 3 bürcü təqdim edir:
Buğa bürcü
Torpaq ünsürünün etibarlı nümayəndəsi olan Buğalar həyatdan zövq almağı ən çox bacaran bürclərdəndir. Onlar üçün yemək sadəcə enerji almaq vasitəsi deyil – bu, bir sənət növüdür. Gözəl təqdim edilmiş, ləzzətli yeməklərə əsla “yox” deməzlər. Dad məsələsində seçici olurlar və sevdikləri məkanlardan asanlıqla vaz keçməzlər.
Xərçəng bürcü
Su ünsürünün duyğusal nümayəndəsi olan Xərçənglər yeməyə dərin mənəvi bağla yanaşırlar. Onlar üçün yemək sevgi, qayğı və ailə hissidir. Analarının və ya yaxınlarının hazırladığı ev yeməkləri onlar üçün bənzərsiz daddadır. Mətbəxdə vaxt keçirməyi, sevdikləri üçün yemək bişirməyi və onlara qulluq etməyi sevirlər. Özlərini yaxşı hiss etmədiklərində yeməyə daha çox yönələ bilərlər. Nostalji dadlara olan bağlılıqları ilə seçilirlər - uşaqlıqlarından qalan reseptlər onlar üçün çox dəyərlidir.
Şir bürcü
Od ünsürünün diqqətçəkən bürcü olan Şirlər yemək məsələsində də lüksə meyilli ola bilirlər. Onlar üçün yemək yalnız qida deyil – bu, həm də nümayiş və bir bayramdır. Qonaq qəbul etməyi, zəngin süfrələr hazırlamağı və hər kəsin yeməkdən zövq almasını təmin etməyi sevirlər. Ən yaxşı restoranlara getməkdən, bahalı şərablar dadmaqdan çəkinməzlər. Şirlər həm yemək bişirməkdən, həm də ləzzətli yeməkləri dadmaqdan zövq alırlar və süfrələrin mərkəzində olmağı sevirlər.