
Parisdən təqribən 100 km aralıda Şartr şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 3 nəfər həlak olub. Bildirilir ki, təyyarə yaşayış massivinə düşüb, lakin yaşayış binalarınna çırpılmayıb.
Polis qəzanın baş verdiyi ərazini əhatəyə alıb, araşdırma aparılır. /oxu.az