Tramp Xameneini rüsvayçı ölümdən xilas etdiyini bildirib

DÜNYA 28 iyun 2025, 00:20
"İranın Ali lideri Əli Xameneinin ölkənin İsrail üzərində qələbəsi ilə bağlı dediyi sözlər yalandır. Ölkə dağıdılıb, rəhbərin özü isə ölümdən xilas olub".

Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Mən onu çox dəhşətli və rüsvayçı ölümdən xilas etdim, o isə "Sağ ol, Prezident Tramp!" deməyə belə ehtiyac duymur", - Ağ Ev rəhbəri yazıb.

Eyni zamanda, Donald Tramp qeyd edib ki, o, İrana qarşı sanksiyaların aradan qaldırılması üçün çalışıb, lakin Tehrandan "qəzəb, nifrət və ikrahla dolu bəyanatlar" eşitdiyindən məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş addımları dayandırıb. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top