Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Demokrat.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq "izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.