"Əl-Hilal"ın prezidenti Messi üçün şəxsən ABŞ-yə yollanıb

İDMAN 26 iyun 2025, 15:20
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun prezidenti Fəhd bin Nafel Lionel Messinin "İnter Mayami"dən Səudiyyə klubuna transferi ilə bağlı danışıqlarda iştirak etmək üçün ABŞ-yə səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə Argentinanın "Boing 97.3 FM" radiosu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Fəhd bin Nafel artıq futbolçunun atası və nümayəndəsi Xorxe Messi ilə görüş keçirib.

Məlumat üçün əlavə edək ki, hazırda L.Messinin çıxış etdiyi "İnter Mayami" və onu transfer etməyə çalışan "Əl-Hilal" ABŞ-də təşkil edilən klublararası dünya çempionatında iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top