Bakı klubu xorvat qapıçı transfer etdi

İDMAN 24 iyun 2025, 17:48
"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Sele" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Demokrat.az "Report"-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Sele" qapıçı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, komandalar arasında iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. İyulun 17-dəki cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top