"Atamla heç vaxt görüşməmişəm" — Təranənin qızı

ŞOU-BİZNES 24 iyun 2025, 21:42

"Atamla heç vaxt görüşməmişəm. İlk dəfə 6 yaşımda və daha sonra isə 12 yaşımda atama zəng etmişəm. Mənimlə maraqlandığını deyib, amma heç vaxt görüşməmişik".

Axşam.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suel "Təsir dairəsi" proqramında deyib. O, atası ilə özünün maraqlandığını bildirib:

"Anam həbsə düşdükdən sonra da atam mənimlə maraqlanmayıb. Çünki səbəbkarı anam özü idi. Atam məni heç vaxt istəməyib. Mən dünyaya gəlməmişdən əvvəl atamla anam görüşüb. Anam da deyib ki, sənin adını heç yerdə hallandırmayacağam, uşağı özüm böyüdəcəyəm. İllər sonra atamla mən maraqlanmışam. Amma yenə də istəməyib".

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top