
"Uşaq vaxtından heç bir əziyyət çəkməyən olmuşam. Nə istəyirdimsə, olmalı idi".
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "İncə səhər" proqramında deyib. Uşaqlığından danışan sənətçi bunları əlavə edib:
"Amma sonra Allah mənə əziyyəti yaşatdı, dedi, əziyyət çək. Amma imtahandan keçdim. Hər insan bundan keçməlidir ki, həmin günlərin qədrini bilsin".