İran hava məkanını beynəlxalq reyslər üçün açıb

GÜNDƏM 24 iyun 2025, 23:33
İranın hava məkanı beynəlxalq uçuşlar üçün açıq elan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran hökuməti İsrailin zərbələri fonunda hava məkanının bağlandığını elan etmiş və bu qadağanın müddəti bir neçə dəfə uzadılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top