Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir.
Demokrat.az-a açıqlmasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, “8 Noyabr” Elektrik Stansiyası kimi layihələr çərçivəsində Azərbaycan və tərəfdaş dövlətlər birgə iştirak edirlər:
“Lakin burada əsas diqqətçəkən məqam Azərbaycanın Qərbi Avropa və Avropa İttifaqı istiqamətində strateji tərəfdaşı kimi məhz İtaliyanı seçməsidir. İtaliya Avropanın beş böyük iqtisadiyyatından biri olmaqla yanaşı, TAP və TANAP layihələrinin hədəf istifadəçi ölkələrindən biri kimi Azərbaycan qazının əsas alıcısıdır. Bu əməkdaşlıq eyni zamanda Avropa daxilində Azərbaycan əleyhinə formalaşan qərb-erməni lobbi təsirlərinin zəiflədilməsində də mühüm rol oynayır. İtaliyanın bu prosesdəki mövqeyi Azərbaycan üçün siyasi baxımdan da önəmlidir”.
Siyasi şərhçi əlavə edib ki, Çin dünyanın ən böyük sənaye güclərindən biri olaraq Azərbaycan üçün vacib strateji tərəfdaş sayılır:
“Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak etməklə Şərqi Asiya ilə əlaqələrini genişləndirmək, yeni yollar və logistika imkanları qurmaq istəyir. Dünyada mövcud müharibələr və gərginliklər fonunda bu yeni əməkdaşlıqlar Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir və ona daha dərin və çoxşaxəli gələcək planlar qurmağa şərait yaradır”.
Leyla Turan
Demokrat.az