Bu gün dünyanın bir sıra bölgələrində müharibə şəraiti davam edir. Təbii ki, hər zaman müharibə və qarşıdurmalar bir müddət sonra iqtisadi mühitə öz mənfi təsirini göstərir. Hazırda neftin qiymətinin sürətlə artmasının ardınca Türkiyədə yanacaq qiymətləri də bahalaşır. Həmçinin dizelin də bahalaşacağı proqnozlaşdırılır.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda benzinin və dizel yanacağının qiymətlərinin yaxın müddətdə artırılması gözlənilmir:
“Bunun əsas səbəbi ölkəmizdə yanacaq qiymətlərinin bazar mexanizmləri ilə deyil, Tarif Şurası tərəfindən tənzimlənməsidir. Məsələn, Türkiyədə yanacaq qiymətləri bazar prinsipləri ilə müəyyənləşir dünya bazarındakı dəyişikliklərə uyğun olaraq qiymətlər artır və ya azalır. Azərbaycanda isə bu yanaşma tətbiq edilmir. Son qiymət artımı təxminən bir il əvvəl baş verib həmin vaxt dizelin qiyməti 25%, benzinin qiyməti isə 10% yüksəldildi. Bu qərar verildikdə dünya bazarlarında neftin qiyməti hazırkı səviyyədən daha yüksək idi. Yəni, hazırda neftin qiymətləri o dövrdəki səviyyədən aşağıdır və bu baxımdan Azərbaycanda benzin və dizelin qiymətlərinin yenidən artırılması üçün iqtisadi əsas yoxdur. Qısaca desək, indiki neft qiymətləri fonunda Azərbaycanda yanacağın qiymətinin artması gözlənilən deyil”.
Leyla Turan
Demokrat.az