İnsanlar bir qığılcımla bir-birinə qarşı əsəbi və aqressiv reaksiya verir — Sosioloq

GÜNDƏM 24 iyun 2025, 18:39
Son dövrlər ictimai nəqliyyatda baş verən gərginliklər, sərnişinlər arasında yaşanan aqressiv davranışlar gündəmi zəbt edib. Sosial şəbəkələrdə də bu mövzu ilə bağlı narazılıqlar açıq şəkildə görünür.

Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.

O deyib ki, aqressiv davranışlar təkcə ictimai nəqliyyatda deyil, həyatımızın bir çox sahələrində iş yerlərində, ictimai yaşam məkanlarında, küçədə, səkidə, hətta eskalatorda belə qarşımıza çıxır:

“İnsanlar bir qığılcımla bir-birinə qarşı əsəbi və aqressiv reaksiya verir. Bunu bəzən sözlə, bəzən əl-qol hərəkətləri ilə, bəzən isə zərərvermə ilə ifadə edirlər. Sosial şəbəkələrdə, onlayn platformalarda ünsiyyət qurduğumuzu düşünürük və sosiallaşdığımızı zənn edirik. Amma əslində, canlı sosiallaşmanı əvəzləməyə çalışırıq və bu da bizim emosional ehtiyaclarımızı tam qarşılamır. Canlı ünsiyyətin azalması, içimizdəki sosial ehtiyacın toplanmasına, bu ehtiyacın isə zamanla aqressiyaya çevrilməsinə səbəb olur. Əvvəllər dostlarımızla, qohumlarımızla, ailə üzvlərimizlə oturub saatlarla söhbət edirdik. İndi isə bunu çox az edirik. Daxilimizdə yığılıb qalan bu emosional yük, boşalma imkanı tapmadıqda aqressiv davranışlar şəklində üzə çıxır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top