"Deputatın bu təklifi valideynləri nəqliyyat xərclərindən azad edə bilər" — AÇIQLAMA

GÜNDƏM 24 iyun 2025, 19:41
"Bu məsələ çox aktualdır. Bu gün bağçalar uşaqların sayına adekvat deyil. Yol məsələsi də valideynlərə ciddi problemlər yaradır. Bakıda həddən artıq tıxac olur. Bağçaya, məktəbə uşağı çatdırmaq valideyn üçün  stress qaynağıdır. Hər həyətin öz daxilində bağça olsa, bu, valideynlər üçün göydən düşmə olardı. İşdən gələn valideyn binanın aşağı mərtbəsindən uşağını götürüb, mənzilə qalxacaq.Bu çox böyük rahatlıq olardı".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

"Valideynlər nəqliyyat xərclərindən, tıxac stressindən tamamilə azad olunardı. Bakının əvvəlki infrastrukturuna görə hər 4-5 binanın ətrafında bağça var idi. Bu ideya hərtərəfli yaxşı ideyadır. Uşaq bağçaları səs-küylü olduğu üçün ərazidə akustik baxımdan şərait yaratmaq lazımdır. Bunlar yaxşı işlənib, reallaşdırılarsa, bütün valideynlər tərəfindən dəstəklənəcək təklifdir".

Qeyd edək ki, deputat Siyavuş Novruzov bu gün keçirilən iclasda təklif edib ki, yeni tikilən hər binanın alt mərtəbəsində uşaq bağçası olmalıdır. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top