Xaçmazda babasının evindən 1500 manat oğurlayan nəvə saxlanılıb.
Demokrat.az xəbər verir ki, rayon polis əməkdaşları tərəfindən silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən E. Orucov saxlanılıb.
Araşdırma zamanı onun babasına məxsus evdən 1500 manat pul oğurladığı müəyyən edilib.
Bundan başqa, şübhəlinin Xaçmaz rayonunda beş avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan maqnitofon və səs gücləndiriciləri apardığı bildirilir.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E. Orucov barəsində həbs qətimkan tədbiri seçilib.(trend)



