Sertifikasiya imtahanları çətin deyil — Deputat

GÜNDƏM 24 iyun 2025, 18:23
“Düşünürəm ki, sertifikasiya imtahanlarında suallar çətin deyil”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, sözügedən imtahandan keçmək də o qədər çətin deyil:

“Çoxlu sayda insanlar var ki, bu imtahandan rahat formada keçiblər. İstənilən çalışan müəllim bu imtahandan keçə bilər. 



Fikrimcə, imtahan nə çox çətin, nə də çox asan olmamalıdır. Bu imtahandır, imtahan dedikdə güzəşt nəzərdə tutulmur. İnsanlar imtahana hazır olmalıdır. Düşünürəm ki, bu məsələni nəzərə almaq lazımdır. İmtahan balanslı olmalıdır və insanlar bu imtahanları verməyi bacarmalıdırlar. Bu məqam nəzərə alınmalıdır”.

Xatırladaq ki, müəllimlərin son sertifikasiya imtahanından sonra sualların çətin olması ilə bağlı narazalıqlar səsləndirilmişdi.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top