Naxçıvan şəhərinin Baş planı Britaniya şirkətinə həvalə olundu

GÜNDƏM 24 iyun 2025, 22:15

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri olan Naxçıvan şəhərinin Baş planının hazırlanması Böyük Britaniyanın "Chapman Taylor" şirkətinə həvalə olunub.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, şirkətin direktoru Marselina Zielinska yeni Baş planla bağlı bir sıra vacib məqamları açıqlayıb.

Bir neçə dəfə Naxçıvanda olan Marselina Zielinska şəhəri təmiz və sakit bir məkan kimi dəyərləndirib. O, Zəngəzur dəhlizinin açılması perspektivini nəzərə alaraq, gələcəkdə Naxçıvanın daha çox insanı qəbul edəcək potensiala sahib olduğunu bildirib.

"Biz düşünürük ki, Naxçıvan, bəlkə də, öz hazırkı əhalisinin iki qatına qədər insanı qəbul edə biləcək potensiala malikdir. Reallığa əsaslanaraq yanaşsaq, şəhərin böyüməsi və genişlənməsi zəruridir. Bu səbəbdən də əsas məqsədimiz ilk növbədə şəhərin infrastruktur imkanlarını və ümumi potensialını genişləndirməkdir. Paralel olaraq, şəhərin əhatə dairəsinin və inzibati sərhədlərinin də genişləndirilməsi gündəmdədir," - deyə Marselina Zielinska vurğulayıb.

 




 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top