"Qarabağ" Tadiclə danışıqlara başlayıb? — AÇIQLAMA

İDMAN 23 iyun 2025, 11:56
Türkiyə idman saytlarının məlumatına görə, “Qarabağ” son mövsümü “Fənərbağça”da keçirmiş ulduz futbolçu Duşan Tadiclə danışıqlar aparır.

Demokrat.az bununla bağlı “Qarabağ”ın mətbuat xidməti ilə əlaqə saxlayıb. Bildirilib ki, klubun 36 yaşlı serbiyalı futbolçu ilə danışıqlar aparması xəbəri doğru deyil.

Qeyd edək ki, Duşan Tadiç ötən mövsüm “Fənərbağça”da 53 oyun keçirib, 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top