Yeni Zelandiyadan olan məşhur müğənni Lord Nyu-Yorkun Vaşinqton Skver Parkında yeni "What Was That" mahnısının klip çəkilişləri zamanı polislər tərəfindən saxlanılıb.
Buna səbəb sosial şəbəkələrdə çəkiliş yerini əvvəlcədən elan etməsi və nəticədə parkda böyük bir fanat kütləsinin toplanması olub.
Bu, hüquq-mühafizə orqanlarının icazəsiz kütləvi tədbir təşkil olunması və potensial iğtişaş təhlükəsi kimi qiymətləndirilib.
Lorde sosial şəbəkə hesabında paylaşdığı "Bu axşam 7-də parkda görüşək" mesajı ilə fanatlarını parka dəvət edib. Qısa müddət ərzində parkda böyük bir izdiham toplanıb. Lakin, müğənni hələ gəlməmişdən əvvəl, Nyu-York polisi və park mühafizəçiləri tədbiri dayandırıb və toplaşanları dağıdıb. Polis nümayəndəsi bildirib ki, tədbir üçün səs və park icazəsi tələb olunur və Lord bu icazələrə malik deyil. Onlar ifaçını saxlayıblar. (Axşam.az)