“Azərbaycanda Çin dilinin tədrisinin planlaşdırılması çox mühüm əhəmiyyət daşıyır”.
Bunu Demokrat.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, dünyanın iqtisadi nəhənglərindən birinin, bütövlükdə elm, təhsil, texnologiyalar sahəsində yüksək mövqeyə malik ölkənin dilinin öyrənilməsi ölkəmizdə həm də Çin dilində mütəxəssislərin yetişməsi deməkdir:
“Bildiyimiz kimi, Çin və Azərbaycan çox böyük ticarət əlaqələrinə malikdir, ölkələr arasında münasibətlər çox yüksək səviyyədədir – bunu cənab Prezident də bu yaxınlarda ifadə etdi. Çin universitetləri dünya reytinqində mühüm yer tuturlar. Bu, imkan verəcək ki, gənclərimiz Çinin nüfuzlu universitetlərində təhsil ala bilsinlər.
Hesab edirəm ki, bu, gələcəkdə bütün sahələrdə – həm elm, təhsil sahəsində, həm mədəni və iqtisadi sahələrdə yüksək inkişafa töhfə verəcək. Bu baxımdan mən ölkəmizdə Çin dilinin tədrisinə önəm verirəm, düşünürəm ki, zamanında verilmiş qərardır”.
Cavidan Mirzəzadə
Demokrat.az