Döyüşdüyü torpaqda qızı dünyaya gəldi

GÜNDƏM 25 iyun 2025, 19:57
İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Ağdərə rayon Baş Güneypəyə kəndində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Qurbanzadə Pərvanə İsgəndər qızının dünyaya gətirdiyi uşaq qız övladıdır. Körpəyə Asiya adı verilib.

Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası Sirac Qurbanzadə müharibə iştirakçısıdır. O, 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edib.

Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top