“Azərbaycanda Çin dili çoxdandır tədris olunur. Ola bilsin ki, gələcəkdə daha geniş tədrisi nəzərdə tutulub və bunu əhəmiyyətli hesab edirəm”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün Çin sürətlə inkişaf edir, davamlı olaraq özünü inkişaf etdirir. Ona görə də belə bir qərarın qəbul edilməsi təqdirəlayiqdir və önəmlidir:
“Çox sayda azərbaycanlı gənc təhsil almaq üçün Çinə gedir.
O mənada hesab edirəm ki, biz Çin dilini öyrənməliyik, gənclərimiz öyrənməlidir. Bu, gənclərimizin gələcək inkişafı baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Gənclər bu məsələlərə diqqətlə yanaşmalıdırlar. Xarici dil bilmək önəmlidir.
Xüsusən nəzərə alsaq ki, gələcək Çinindir, Çin sürətli formada bütün sahələrdə inkişaf edir. Bu gün Çin dili bilən tərcüməçilərə çox böyük ehtiyac var və onlar bu gün yaxşı gəlir əldə etmək imkanına malikdirlər”.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Cavidan Mirzəzadə
Demokrat.az