“2025-ci il 25 iyun tarixli Prezident Sərəncamı ilə təsdiq olunmuş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” Azərbaycan islahatlar tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd penitensiar sistemin klassik anlayışını kökündən dəyişir, cəza mərkəzli deyil, bərpa yönümlü dövlət siyasəti modelinə keçidi ifadə edir. Bu sənədin hüquqi məntiqi təkcə məhkumun iş tapması və təhsil alması ilə məhdudlaşmır. Əsas ideya insanın hüquq pozuntusuna səbəb olan sosial deqradasiyadan hüquqi və sosial bərpaya qədər keçid yolunun dövlət tərəfindən dəstəklənməsidir”.
Bunu Demokrat.az-a açıqlamasında "Konstitusiya Araşdırmalar Fondu"nun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O bildirib ki, Milli Fəaliyyət Planının hazırlanmasına əsas verən normativ sənəd 2024-cü il 11 sentyabr tarixli Sərəncamdır:
“Peşə təhsili haqqında” qanunla sistemli əlaqələndirmə əsasında yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı tapşırıqlar verildi. Bu isə o deməkdir ki, cəzaçəkmə müəssisələrində peşə təhsili artıq əlavə tədbir kimi yox, hüquqi status kimi formalaşır. Bu günə qədər peşə təhsilinə əlavə bir tədbir kimi yanaşılırdı, əsaslı tədbir yox idi.
Milli Fəaliyyət Planında əsas hüquqi yeniliklər bunlardır: Peşə təhsilinə dair məlumatların elektron inteqrasiyası, vahid informasiya bazasının yaradılması; normativ hüquqi bazanın penitensiar rejimə uyğunlaşdırılması; müəssisə daxilində təlimlərə icazə, intizam və təhlükəsizlik normalarına inteqrasiya; sahibkarlar üçün hüquqi dəstək mexanizmlərinin hazırlanması”.
Hüquqşünas qeyd edib ki, sözügedən yeniliklər sayəsində məhkumlar azadlığa çıxdıqdan sonra daha geniş iş imkanlarına malik olacaq, cəmiyyətə daha rahat inteqrasiya olacaqlar:
“Beləliklə, hüquqi statusu olan sistem qurulur, məhkum peşə təhsilinə çıxış imkanına malik olur. Məhkum cəza çəkdiyi müddətdə müvafiq peşələrə yiyələnir, azadlığa çıxdıqdan sonra bu təhsil bütün işəgötürənlər tərəfindən tanınır.
Rəsmi statistikaya görə, 2024-cü ildə cinayət törədənlərin 55,6 faizi əmək qabiliyyətli, lakin işsiz və təhsilsiz olmuşdur. Bu isə açıq şəkildə işsizlik və sosial statusun cinayətlərə səbəb olduğunu göstərir. Milli fəaliyyət planı cinayətə səbəb olan sosial-iqtisadi amillərlə hüquqi vasitələrlə mübarizə aparır.
Peşə təhsili alması nəticəsində məhkumun azadlığa çıxdıqdan sonra iş tapma imkanları genişlənir. Cəmiyyət üçün təhlükə yox, ehtiyat kapitala çevrilir.
Vacib məqamlardan biri də sosial və etik nəticədir – cəmiyyətin cinayətə münasibətinin dəyişməsidir. Bu, ən az öyrənilən və ən mühüm tərəfdir.
Məhkumluq damğa olmamalıdır. Yeniliklər məhkumlara ikinci şans üçün mühüm şərait yaradır. Bu fəaliyyət planı penitensiar sənəd olmaqdan çox, cəmiyyətdə sosial ədalətin, hüquqi reabilitasiyanın bərpası üçün strateji bir çərçivədir”.
Cavidan Mirzəzadə
Demokrat.az