"Belə hallar başqa ölkələrdə də mövcuddur. Amma sosial mediada tibbi məsləhətlərin verilməsi orada demək olar ki, yoxdur. Çünki hər bir insanın orqanizmi, xüsusiyyətləri və həyat tərzi fərqlidir. Ona görə də ümumi və şifahi məsləhətlər çox vaxt düzgün hesab edilmir və reklam xarakteri daşıdığı üçün qəbul olunmur".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
"Qərb ölkələrində həkimlərin maaşı xəstələrin sayına görə deyil, müalicənin nəticəsinə görə müəyyən edilir. Almaniyada bu, daha aydın görünür. Həkimlər pasiyentin sayına yox, onun sağalmasına görə dəyərləndirilirlər. Bu səbəbdən də diqqət keyfiyyətə yönəlir, kəmiyyətə yox.
Bəzi həkimlər və başqa sahələrdə çalışan insanlar özlərini sosial şəbəkələrdə tanıdır. Məsələn, estetik salonlar və ya müalicə məntəqələri reklamlarla həm özlərini, həm də onlara müraciət edənləri təqdim edirlər. Bu, ictimai rəyə təsir göstərir və insanlar çox vaxt düşünmədən həmin elanlara inanırlar".
O bildirib ki, bənzər vəziyyət təhsildə də müşahidə olunur:
"İnsanlar müəllim, məktəb və hətta institut seçimində belə sosial şəbəkələrdəki reklamlardan təsirlənirlər.
Cəmiyyət üzvləri belə məlumatlara ehtiyatla yanaşmalıdır. Rəsmi təsdiqi olmayan xəbərlərə inanmaq olmaz. İstər sağlamlıq, istər estetik, istər başqa mövzularda olsun, əsassız məlumatlara aludə olmaq düzgün deyil. İnsanlar ayıq davranmalı və reklamların təsiri ilə səhv qərar verməməlidirlər".
Qeyd edək ki, Türkiyə də daxil olmaqla bir çox ölkədə sosial şəbəkə üzərindən həkim məsləhət görmək qadağandır.
Əfsanə Kamal
Demokrat.az