Zelenski İsraildən yeni silahlar aldığını açıqladı

DÜNYA 27 sentyabr 2025, 19:56

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ölkənin siyasəti” teleqram kanalı məlumat yayıb.

Zelenskinin sözlərinə görə, İsrail hava hücumundan müdafiə sistemini bir ay əvvəl təhvil verib. Üstəlik, Ukrayna tezliklə daha iki analoji sistem alacaq. Bununla bağlı Ukrayna lideri dəqiq müddət göstərməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 sentyabr 2025, 20:57
27 sentyabr 2025, 18:57
Top