
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ədirnə vilayəti üzrə Qadın təşkilatının sədri Burcu Birgül Çolak mübahisə zamanı əri Ergin Çolakı bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.
Xəsarət alan tərəfin vəziyyətinin yaxşı olduğu, şikayətçi olmadığı bildirilir.
Qeyd edilir ki, Burcu Çolakın əri Ergin Çolak da CHP-nin Ədirnə Bələdiyyəsində işləyir.