Neftçalada 71 yaşlı kişini cərəyan vurub öldürdü

HADİSƏ 26 sentyabr 2025, 18:22
Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, rayonun Pirəbbə kəndində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 17:52
Top