25 sentyabr 2025-ci il tarixində Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurasının (EAPCA) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Anım Günü” adlı beynəlxalq konfrans onlayn formatda keçirilib.
Demokrat.az xəbər verir ki, tədbir Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini yad etməklə yanaşı, müharibədən sonra regionda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq miqyasda müzakirəsinə həsr olunub.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, millət vəkili Musa Qasımlı, millət vəkilləri Elman Nəsirov və Tənzilə Rüstəmxanlı, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirak edərək çıxış ediblər.
Xüsusi qonaqlar sırasında Litvalı hərbi jurnalist Ricardas Lapaitis müharibə dövründə işıqlandırdığı hadisələrdən danışaraq erməni faşizmini ifşa edib. Türkiyəli tanınmış jurnalist-yazar, “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin və televiziya kanalının direktoru Seyfullah Türksoy isə Azərbaycanın haqq mübarizəsinin beynəlxalq miqyasda daha da geniş təbliğinin vacibliyini vurğulayıb. Tədbirdə həmçinin tanınmış bəstəkar və ictimai xadim Gövhər Həsənzadə çıxış edərək şəhidlərin xatirəsinə həsr olunmuş bəstəsi və səmimi fikirləri ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
EAPCA rəhbərliyi və üzvləri
Konfransa EAPCA Baş katibi Sahil Qasımov, təşkilatın Bakıda fəaliyyət göstərən Daimi Nümayəndəliyinin rəhbəri Rauf Zeyni, idarə heyətinin üzvləri – Helsinkidən məsul katib Arzu Oktay, İsveçdən Nadir Hollenbrand, Almaniyadan Müşfiq Sultanov, Ukrayna Birləşmiş Konqresinin prezidenti Rövşən Tağıyev, Belarusiya Konqresinin prezidenti Natiq Bağırov, Belçika üzrə nümayəndə Çingiz Həsənov, ATXƏM sədri İlham İsmayılov, protokol rəhbəri Zamiq Yunisov, gənclərdən Rüzgar Qasımov, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıblar.
Çıxışlarda Azərbaycanın qazandığı tarixi Qələbənin yalnız regional deyil, həm də beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtəsi olduğu, bu Qələbənin beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun gəldiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi dünya ictimaiyyəti üçün də mühüm əhəmiyyət kəsb edir.
Konfransın sonunda iştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yekun bəyanatda Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurasının beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətini daha da gücləndirəcəyi, dünya ictimaiyyətinə real faktların çatdırılması üçün yeni layihələrin həyata keçiriləcəyi vurğulanıb.
Bu beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycanın haqq səsi artıq region hüdudlarını aşaraq beynəlxalq aləmdə geniş şəkildə eşidilir və EAPCA bu istiqamətdə mühüm platforma rolunu oynamaqdadır.