“27 sentyabr - Anım Günü xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş gündür. 5 il əvvəl, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsinə başladı”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, qısa zaman ərzində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi:
“Digər rayonlar isə Azərbaycanın siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistan tərəfindən tərk edildi. Bu tarixi Qələbə uğrunda 3000-dən çox əsgər və zabitimiz şəhidlik zirvəsinə ucaldı. Onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı və veteranlarımızın şücaəti xalqımız tərəfindən heç vaxt unudulmayacaq. 27 sentyabr şəhidlərimizin xatirəsinin ehtiramla yad edildiyi, onların igidliyinə və Vətən sevgisinə qiymət verildiyi gündür. Bu gün hər bir vətəndaş üçün həm xatirə, həm də birliyin, gücün və milli qürurun simvoludur. Bu tarix bizə bir daha xatırladır ki, Vətənimizin ərazi bütövlüyü müqəddəsdir və heç kimə qurban verilməyəcək. 27 sentyabr hər il Vətən müharibəsinin necə başladığını, hansı qəhrəmanlıqlarla və qələbə ilə nəticələndiyini bir daha yada salacağıq”.
Leyla Turan
Demokrat.az