"Təəssüf ki, dərin adət-ənənələrə malik cəmiyyətimizdə bu cür halların məktəblilər arasında baş verməsi narahatedicidir. Bu səbəbdən ailə institutlarında tərbiyə və maarifləndirmə işləri gücləndirilməlidir"
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O bildirib ki, problemin kökü daha çox sosial şəbəkələrin təsiri ilə bağlıdır:
"Sosial media şagirdlərə bəzən müəllimlərin dərs prosesindən daha güclü təsir göstərir. Bu hadisələri qadın və kişi müəllimlərin say nisbəti ilə əlaqələndirmək düzgün deyil, çünki oxşar hallar kişi müəllimlərin çox olduğu ölkələrdə də müşahidə olunur".
Sosioloq deyib ki, əsas məsələ sosial medianın ailə institutunun tərbiyəvi rolunu üstələməsidir:
"Buna görə orta məktəblərdə müasir, çoxfunksiyalı mobil telefonlardan istifadəyə son qoyulmalıdır. Tədris üçün kompüter və noutbuklardan səmərəli şəkildə yararlanmaq mümkündür. Telefon isə daha çox danışıq vasitəsidir və azyaşlıların gündəlik həyat predmetinə çevrilməsi onların tərbiyəsinə ciddi mənfi təsir göstərir.
Valideynlər və məktəblər bu istiqamətdə birgə fəaliyyət göstərməli, sosial şəbəkələrdən yayılan mənfi təsirlərin qarşısını almağa çalışmalıdırlar".
Qeyd edək ki, Bakıda 281 saylə məktəbdə sinif yoldaşları 7-ci sinif şagirdini soyunduraraq video çəkiblər. Sosial şəbəkə istofadəçiləri belə halların kişi müəllimlərin az olması ilə qaynaqlandığını bildiriblər.
Əfsanə Kamal
Demokrat.az