“Ötən il Azərbaycanda pnevmoniya hallarında artımın müşahidə olunmasının bir neçə tibbi və sosial səbəbi var. İlk növbədə, respirator virus infeksiyalarının, xüsusilə qrip və kəskin respirator virusların geniş yayılması ağciyər iltihabına zəmin yaradır”.
Bu sözləri pulmonoloq Könül Məmmədova Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu infeksiyalar çox zaman vaxtında müalicə olunmadıqda və ya düzgün antibiotik istifadəsi aparılmadıqda pnevmoniyaya çevrilir:
“Digər mühüm faktor əhalinin immun sisteminin zəifləməsidir. Stress, qeyri-sağlam qidalanma, yuxusuzluq və xroniki xəstəliklər orqanizmin müqavimətini aşağı salaraq pnevmoniyaya yoluxmanı asanlaşdırır. Soyuq aylarda havalandırmanın zəif olması və qapalı məkanlarda çoxlu insanın toplaşması da infeksiyanın sürətli yayılmasına şərait yaradır. Həmçinin havanın çirklənməsi, tütünçəkmə və allergik bronxit kimi xəstəliklər də ağciyər toxumasını zəiflədərək pnevmoniyanın inkişaf riskini artırır”.
O əlavə edib ki, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar daha həssas qruplardır:
“Pandemiya dövründən sonra immunitetdə zəifləmə və bəzi virusların mutasiya edərək daha aqressiv hala gəlməsi də artımı izah edən amillərdəndir. Pnevmoniyanın qarşısını almaq üçün vaxtında vaksinasiya, mövsümi infeksiyalara qarşı qoruyucu tədbirlər, düzgün qidalanma və sağlam həyat tərzi böyük əhəmiyyət daşıyır. Ən əsası isə hərarət, öskürək və nəfəs darlığı kimi əlamətlər yarandıqda vaxtında həkimə müraciət etməkdir”.
Leyla Turan
Demokrat.az