Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub


