Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.
Demokrat.az xəbər verir ki, "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özüdür.
O, bununla bağlı təqdimetmə mərasimində danışıb:
"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".
Prezident İlham Əliyev öz növbəsində Xalq rəssamının fikirlərini təsdiqləyib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".


